Türkiyədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan liderlik edir.
InterPress.ge “HaberTürk”ə istinadən xəbər verir ki, səslərin 57,88%-nin hesablanması nəticəsində Ərdoğan 51,71%, müxalif rəqibi Kamal Kılıçdaroğlu isə 42,45%, Sinan Oğana 5,32 faiz səs toplayıb.
Parlament seçkilərinin ilkin nəticələri belədir: Ərdoğanın “Xalq Alyansı” 56,18%, Müxalifətin Milli Alyansı 30,05%, Sol Qüvvələr Alyansı 8,67% səs toplayıb ki, bu da rayonların 26,16 faizinin göstəricisidir.
