—

Yer kürəsində daha bir okean yarana bilər

887
Yer kürəsində daha bir okean yarana bilər
Dinləmək üçün basın

Gələcəkdə Yer kürəsində yeni – beşinci okeanın yarana biləcəyini proqnozlaşdırırlar.

Gələcəkdə Yer kürəsində yeni – beşinci okeanın yarana biləcəyini proqnozlaşdırırlar.

“İnterPress" xəbər verir ki, tədqiqatçıların fikrincə, təxminən 5-10 milyon il sonra Afrikanın şərqində tektonik sınma baş verəcək və qitə yarıya bölünəcək.

Qitənin Efiopiyanın Afar regionundakı bu hissəsi üç tektonik layın birləşdiyi nöqtədə yerləşir və həmin laylar tədricən bir-birindən aralanır. 2005-ci ildə regionda uzunluğu 56 kilometrə çatan iri çat yaranıb.

Alimlər hesab edirlər ki, son nəticədə həmin çat Afrikanı iki yerə böləcək və yeni okean üçün hövzə peyda olacaq.

“Bu, Yer kürəsində yeganə yerdir ki, kontinental riftin okeanik riftə çevrilməsini əyani şəkildə öyrənmək mümkündür”, - Böyük Britaniyadakı Lids Universitetinin professoru Kristofer Mur deyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →