—

Amerika Birləşmiş Ştatları Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb

262
Amerika Birləşmiş Ştatları Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb
Dinləmək üçün basın

Amerika Birləşmiş Ştatları Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.

InterPress.ge xəbər verir ki, bu, Pentaqonun bəyanatında qeyd edilib.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, yardım Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Yeni hərbi yardım paketinə HIMARS raket sistemi üçün döyüş sursatı, 155 mm-lik haubitsalar, artilleriya mərmiləri, tank əleyhinə raketlər, ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular, avtomobillərin diaqnostikası üçün avadanlıqlar, ehtiyat hissələri və digər sahə avadanlıqları daxildir.

Pentaqonun bəyanatında deyilir: "Birləşmiş Ştatlar Ukraynaya döyüş meydanında onun təcili ehtiyaclarını, eləcə də uzunmüddətli təhlükəsizlik ehtiyaclarını ödəmək üçün imkanlar vermək üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →