—

Gürcüstana benzin və dizel yanacağının idxalı artıb

397
Gürcüstana benzin və dizel yanacağının idxalı artıb
Dinləmək üçün basın

2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstana benzin və dizel yanacağı idxalı 275 min ton təşkil edib ki, bu da analoji dövr göstəricisindən (257,2 min ton) 17,8 min ton və ya 6,9% çoxdur.

2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstana benzin və dizel yanacağı idxalı 275 min ton təşkil edib ki, bu da analoji dövr göstəricisindən (257,2 min ton) 17,8 min ton və ya 6,9% çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Neft Məhsulları İdxalçıları İttifaqı məlumat verib.

2023-cü ilin 3 ayı ərzində benzin yanacağının idxalı 127,6 min ton, dizel yanacağının idxalı isə 147,5 min ton təşkil edib.

Kateqoriyalar üzrə 2023-cü ilin yanvar-mart ayları ərzində benzin yanacağının idxalı aşağıdakı həcmdə olub: A-91 regular tipli benzin - 76,5 min ton (60%); A-95 premium benzin - 48 min ton (37,6%); A-98 super benzin - 3,1 min ton (2,4%);

Bu ilin yanvar-mart ayları ərzində ən çox benzin və dizel yanacağı Rusiyadan idxal edilib - 232,1 min ton, bu da bütün idxalın 84,4%-ni təşkil edir. Sonra gəlirlər: Rumıniya - 40,9 min ton - 14,9%; Türkmənistan - 1,2 min ton - 0,4%; Belarusiya - 0,7 min ton - 0,2%; Ukrayna - 0,1 min ton - 0,05%; Bolqarıstan - 0,1 min ton - 0,05%.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →