—

Giuli Alasania Mixeil Saakaşvili ilə bağlı: "Adam skeletə çevrilib"

339
Giuli Alasania Mixeil Saakaşvili ilə bağlı: "Adam skeletə çevrilib"
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, Mixeil Saakaşvili “skeletə çevrilib”.

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, Mixeil Saakaşvili “skeletə çevrilib”.

IntePress.ge xəbər verir ki, bu barədə Giuli Alasaniya Vivamed klinikasında jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Saakaşvili yemək qəbul edir, lakin bədəni qəbul edə bilmir.

“İnsan skeletə çevrilib, ayağa qalxanda onurğasının tam əyildiyi görünür, 100 yaşlı kişi kimi, ayaq üstə güclə dayanır.  O, qida qəbul edir, lakin problem ondadır ki, orqanizmi qəbul edə bilmir”, -deyə Alasaniya qeyd edib.

Bundan əlavə, o, Saakaşvilinin işi ilə bağlı Strasburq məhkəməsinə şikayət göndərilməsindən də danışıb.

Giuli Alasania rusiyalı müxalif siyasətçi Aleksey Navalnıdan misal çəkib. “Orada göstərilir ki, bu, məqsədəuyğun müddətdə baş verməlidir, lakin düzünü desəm, bu məqsədəuyğun müddətin nə vaxt oldacağını bilmirəm. Navalnı məsələsində, səhv etmirəmsə, 3 həftə çəkdi, bizdə isə necə olacağını bilmirəm. Azadlıq və imkan verilməlidir ki, sağlamlığını bərpa edə bilsin", - deyə Alasaniya bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →