—

Vladimir Putin: Rusiya-Çin hərbi əməkdaşlığı iki ölkə arasında strateji əlaqələri gücləndirir

425
Vladimir Putin: Rusiya-Çin hərbi əməkdaşlığı iki ölkə arasında strateji əlaqələri gücləndirir
Dinləmək üçün basın

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya Federasiyası ilə Çin arasında hərbi əməkdaşlıq iki ölkə arasında strateji və etibarlı münasibətləri gücləndirir.

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya Federasiyası ilə Çin arasında hərbi əməkdaşlıq iki ölkə arasında strateji və etibarlı münasibətləri gücləndirir.

InterPress.ge xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Vladimir Putin Çin Xalq Respublikasının müdafiə naziri Li Şanfu ilə görüşdə Moskva ilə Pekin arasında hərbi sahədə “uğurlu və çoxşaxəli” əməkdaşlıqdan danışıb.

 “Hesab edirəm ki, bu, bizim münasibətlərimizin, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasındakı münasibətlərin etibarlı, strateji xarakterini gücləndirən daha bir mühüm istiqamətdir”, - deyə Vladimir Putin bildirib.

Kremldə keçirilən görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →