—

14 yaşlı yeniyetməni qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə 12 il müddətinə azadlıqdan məhrum edilib

515
14 yaşlı yeniyetməni qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə 12 il müddətinə azadlıqdan məhrum edilib
Dinləmək üçün basın

Zuqdidi Rayon Məhkəməsi yeniyetməni Zuqdidi şəhərinin Mesxia küçəsində baş vermiş qətldə təqsirli bilib.

Zuqdidi Rayon Məhkəməsi yeniyetməni Zuqdidi şəhərinin Mesxia küçəsində baş vermiş qətldə təqsirli bilib.

InterPress.ge xəbər verir ki, bu qərarı Zuqdidi Rayon Məhkəməsinin hakimi Şota Biçaia elan edib.

Hakim azyaşlıya 12 il həbs cəzası verib. Bu, ittiham irəli sürülən maddənin yetkinlik yaşına çatmayan şəxs üçün nəzərdə tutduğu maksimum cəzadır.

Saxlanılan şəxsin anası hökmlə razılaşmır və oğlunun günahsız olduğunu iddia edir. O, qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Zuqdididə, Mesxia küçəsi yaxınlığında onlarla yeniyetmə arasında qarşıdurma qətllə nəticələnib. 14 yaşlı Saba Mamporia döş qəfəsindən aldığı soyuq silah yarasından xəstəxanaya aparılmazdan əvvəl dünyasını dəyişib. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən bir nəfər saxlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →