—

Denis Şmıqal: “Beynəlxalq tərəfdaşlar Ukraynaya 115 milyard dollar vəsait ayıracaq”

331
Denis Şmıqal: “Beynəlxalq tərəfdaşlar Ukraynaya 115 milyard dollar vəsait ayıracaq”
Dinləmək üçün basın

“Beynəlxalq tərəfdaşlar bərpa işlərinin aparılması üçün Ukraynaya 115 milyard ABŞ dolları verəcək”.

“Beynəlxalq tərəfdaşlar bərpa işlərinin aparılması üçün Ukraynaya 115 milyard ABŞ dolları verəcək”.

InerPress.ge TASS-a istinadən bildirir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

"Bu, təkcə maliyyə sabitliyimizi təmin etməyəcək, həm də müttəfiqlərimizin Ukraynaya lazım olduğu müddətdə dəstək verəcəyinə dair aydın siqnal olacaq", - o teleqram kanalında yazıb.

Hökumət rəhbərinin sözlərinə görə, bu il sürətli bərpa layihələri üçün 14 milyard ABŞ dollarına ehtiyac var: "Biz lazımi vəsaiti bu yay cəlb etmək üçün tərəfdaşlarla danışıqlar aparırıq".

D.Şmıqal həmçinin ABŞ-a, Avropa İttifaqına (Aİ), Dünya Bankına (DB), Beynəlxalq Valyuta Fonduna (IMF), "Böyük yeddilik" (G7) ölkələrinə və bərpa işlərinə başlamağa kömək edən bütün beynəlxalq tərəfdaşlara minnətdarlığını bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →