—

Daxili İşlər Nazirliyi dələduzluq edən 1 nəfəri saxlayıb

757
Daxili İşlər Nazirliyi dələduzluq edən 1 nəfəri saxlayıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları 1974-cü il təvəllüdlü…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, hazırda şərti sınaqda olan K.T.-ni dələduzluq maddəsi ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bununla bağlı DİN məlumat yayıb.

Cinayət 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 7000 ABŞ dolları müqabilində Gürcüstan vətəndaşlarını qeyri-qanuni yolla Meksikadan keçməklə Amerika Birləşmiş Ştatlarının ərazisinə aparacağını vəd edib, onlardan pulu qabaqcadan alıb və vədlərinə əməl etməyib.

Ümumilikdə, cinayət əməli nəticəsində K.T. 23900 ABŞ dolları və 2600 avronu dələduzluq yolu ilə mənimsəyib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →