—

Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiya paketinin tətbiq edilə biləcəyi tarix məlum olub

382
Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiya paketinin tətbiq edilə biləcəyi tarix məlum olub
Dinləmək üçün basın

Avropa İttifaqı (Aİ) artıq aprel ayında Rusiyaya qarşı 11-ci sanksiya paketini tətbiq edə bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin Rusiya ilə əlaqələr üzrə nümayəndə heyətinin üzvü, Xorvatiyadan olan deputat İvan Vilibor Sinçiç “İzvestiya” qəzetinə açıqlamasında deyib.

O qeyd edib ki, aprelin sonuna kimi yeni məhdudiyyətlər gözləmək olar. Bu qənaətə parlamentari Avropa İttifaqının qərarlarının keçmiş dinamikasına əsaslanaraq gəlib.

Xatırladaq ki, daha öncə Avropa Parlamentinin Almaniyadan deputatı Qunnar Bek Aİ-nin bu həftə məhdudlaşdırıcı tədbirlər görə biləcəyini bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →