—

TikTok-da yayılan videodan sonra DİN araşdırmalara başladı - VİDEO

9,855
TikTok-da yayılan videodan sonra DİN araşdırmalara başladı - VİDEO
Dinləmək üçün basın

Dünən sosial şəbəkələrdə Vakedə, Jvaniya küçəsində 10-a yaxın gəncin bir-biri ilə əvvəlcə şifahi mübahisə etdiyi, daha sonra isə mübahisənin davaya çevrildiyini əks etdirən görüntülər yayılıb.

Dünən sosial şəbəkələrdə Vakedə, Jvaniya küçəsində 10-a yaxın gəncin bir-biri ilə əvvəlcə şifahi mübahisə etdiyi, daha sonra isə mübahisənin davaya çevrildiyini əks etdirən görüntülər yayılıb.

InterPress.ge xəbər verir ki, videoda ehtimal ki, atışma səsi də eşidilir.

Görüntülərdə davaya qarışan gənclərin avtomobilin ön şüşələrini vurması əks olunub. Əldə olan məlumata görə,  saat 7 radələrində Jvaniya küçəsində qarşı-qarşıya gələn həmin şəxslər yerli sakinlər deyil.

“Eyvana çıxanda insanların dayandığını gördüm. Əminəm ki, videonu çox adam çəkib. Kim olduqlarını və neçə nəfər olduqlarını bilmirəm. Səs-küy eşitdikdən sonra bayıra çıxdım”, – yerli sakinlərdən biri deyib.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 239-cu (silahdan istifadə etməklə qrup xuliqanlığı) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →