—

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir - VİDEO

1,994
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir - VİDEO
Dinləmək üçün basın

Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında bir qrup azərbaycanlı gənc səssiz etiraz aksiyası keçirir.

Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında bir qrup azərbaycanlı gənc səssiz etiraz aksiyası keçirir.

InterPress.ge xəbər verir ki, aksiyada Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı son günlər həyata keçirdiyi hücum cəhdləri və təxribatlarına etiraz bildirilir.

İngilis dilində “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!” və "Dağlıq Qarabağın işğalına son!" yazılan köynəklər geyinən gənclər səfirliyin binası qarşısında 1 saat ərzində səssiz dayanıblar. Bununla onlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, mülki şəxsləri və yaşayış evlərini hədəfə almasına etiraz, şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutan aksiyaçıların üzündə "Stop COVID-19" və "Stop Armenia" yazılı maskalar da olub.

Aksiyanın təşəbbüsçüsü Adnan Hüseyn aksiyanın məqsədindən danışıb: "Beynəlxalq ictimaiyyətdən Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını tələb edirik. Qəhrəmancasına həlak olmuş hərbçilərimizin qanını yerdə qoymayacağiq. Biz ön cəbhədə vuruşan əsgərlərimizin yanındayıq".(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →