—

Heydər Əliyevin 100 illiyi ilə bağlı keçiriləcək "Dostluq" futbol turnirinin təqdimatı keçirilib - FOTO

309
 Heydər Əliyevin 100 illiyi ilə bağlı keçiriləcək "Dostluq" futbol turnirinin təqdimatı keçirilib - FOTO
Dinləmək üçün basın

6 aprel tarixində İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günündə "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirəcəyi "Dostluq" futbol turnirinin Marneulidə yerləşən Tea…

6 aprel tarixində İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günündə "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirəcəyi "Dostluq" futbol turnirinin Marneulidə yerləşən Tea House (Çay evində) təqdimatı keçirilib.

InterPress.ge xəbər verir ki, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Rezo Həsənov qonaqları salamlayıb, daha sonra "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" haqqında tədbir iştirakçılarına geniş məlumat verilib və bildirilib ki, mərkəz 2021-ci ildən fəaliyyətə başlayıb və bu günə kimi bir çox layihələr həyata keçirib.

Daha sonra "Dostluq" futbol turniri haqqında qonaqlara geniş məlumat verilərək bildirilib ki, turnir Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib və altı şəhərdən səkkiz komanda iştirak edəcək. Yarışa 22 apreldə start veriləcək. 7 may tarixində isə final oyunu keçiriləcək.

Daha sonra qonaqlara söz verilib. Komandaların rəhbərləri və klub məşqçiləri turnirin təşkilini müsbət qiymətləndiriblər. Arzu ediblər ki, "bənzər turnirlər tez-tez keçiriləcək və gənclərin inkişafına çox böyük tövfə verəcək."

Sonda isə püşkatma mərasimi olub. 22 aprel tarixində ilk açılış oyununda "Sabah İdman Klubu" ilə "Gorarxı Marneuli" komandaları qarşılaşacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →