—

Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV-cü Yay Düşərgəsinə qeydiyyat başladı

1,194
Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV-cü Yay Düşərgəsinə qeydiyyat başladı
Dinləmək üçün basın

Azərbaycan Respublikasında 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar qədim Azərbaycan torpağı olan Naxçıvanda 2023-cü ilin 12-18 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev…

Azərbaycan Respublikasında 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar qədim Azərbaycan torpağı olan Naxçıvanda 2023-cü ilin 12-18 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” təşkil ediləcəkdir.

InterPress.ge-nin məlumatına görə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gəncləri bu yay düşərgəsində iştirak edə bilərlər.

Belə ki, düşərgənin proqramına Naxçıvanın tarixi və mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Digər düşərgələrdə olduğu kimi, bu düşərgədə də gənclər ilk növbədə Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, Azərbaycanı uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. Bundan əvvəl təşkil edilmiş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur, iştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və s.) tam şəkildə qarşılanacaq.

Düşərgədə iştirak etmək üçün gənclər 1 iyun 2023-cü il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

Əlavə məlumat üçün:

E-mail: [email protected] 

Tel.: +994 12 493 10 54

Mob.: WhatsApp: +99450 762 25 95

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →