—

Krımın işğaldan azad edilməsi üçün 12 addım təqdim edilib

393
Krımın işğaldan azad edilməsi üçün 12 addım təqdim edilib
Dinləmək üçün basın

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Krımın işğaldan azad edilməsi üçün 12 addım təqdim edib.

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Krımın işğaldan azad edilməsi üçün 12 addım təqdim edib. 

InterPress.ge xəbər verir ki, sənəd Rusiyanın ilhaq edilmiş yarımadasının Ukraynanın yurisdiksiyasına qaytarılmasını nəzərdə tutur.

Proqrama Krım körpüsünün tamamilə sökülməsi, 2014-cü ildən sonra Krıma gələn Rusiya vətəndaşlarının deportasiyası və Sevastopolun adının dəyişdirilməsi daxildir.

Danilovun fikrincə, Sevastopolun adını dəyişmək lazımdır, çünki "o, rus ideologiyasında və Rusiya tərəfindən tarixi yenidən yazmaq prosesində müəyyən rol oynayır".

Danilov yazır ki, Krımın işğaldan azad edilməsi proqramı ekspertlərin iştirakı ilə Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən hazırlanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →