—

Marneulidə ağır yol qəzası baş verdi- YARALILAR VAR

2,967
Marneulidə ağır yol qəzası baş verdi- YARALILAR VAR
Dinləmək üçün basın

Marneuli- Bolnisi avtomobil younun Qızılhacılı hissəsində zəncirvari avtomobil qəzası baş verib.

InterPress.ge xəbər verir ki, hadisə bu gün günün ikinci yarısında olub.

Şahidlərin verdiyi açıqlamaya görə,Toyota Prius markalı avtomobil BMW markalı avtomobilin qarşısına çıxaraq qəza törədib daha sonra isə yolun kənarında saxlanılan Opel Astra markalı avtomobilə çırpılıb.

Nəticədə avtomobilin ikisi yararsız hala düşüb.

Şahidlərin qeyd etdiklərinə görə, hadisə zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə polis patrul ekipaji və yanğınsöndürmə briqadası cəlb olunmuşdu.

Faktla bağlı araşdırma başlanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →