—

Rusiya son sutkada Xersonu 67 dəfə atəşə tutub, 2 nəfər ölüb, 6 nəfər yaralanıb

323
Rusiya son sutkada Xersonu 67 dəfə atəşə tutub, 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Dinləmək üçün basın

Rusiya ordusu son sutkada Ukraynanın Xerson vilayətini 67 dəfə atəşə tutub.

InterPress.ge "RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, düşmən son 24 saatda ağır artilleriyadan ümumilikdə 301 mərmi atıb: “23 mərmi yaşayış məntəqələrinə, fərdi və çoxmənzilli binalara, tibb müəssisəsinə düşüb. Təəssüf ki, itkilərimiz var. 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb”.

Hərbi administrasiya rəhbərinin sözlərinə görə, həmçinin Xersona 7 hücum cəhdi olub.

O bildirib ki, son sutkada 59 mülki şəxs Xersondan təxliyə edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →