—

Mixeil Saakaşvili klinikadan həbsxanaya köçürülə bilərmi? - Ədliyyə nazirindən açıqlama

355
Mixeil Saakaşvili klinikadan həbsxanaya köçürülə bilərmi? -  Ədliyyə nazirindən açıqlama
Dinləmək üçün basın

Saakaşvilinin klinikadan həbsxanaya köçürülüb-köçürülməyəcəyi ilə bağlı ədliyyə naziri Rati Breqadze açıqlama verib.

Saakaşvilinin klinikadan həbsxanaya köçürülüb-köçürülməyəcəyi ilə bağlı ədliyyə naziri Rati Breqadze açıqlama verib.

InterPress.ge xəbər verir ki, “Viva Med” klinikası Saakaşilinin klinikadan köçürülməsini müzakirə etmək xahişi ilə quruma müraciət edib.

"Həkimlər dəfələrlə bildiriblər ki, o müalicəyə tabe olmur, Vivamed isə bütün bu hekayənin növbəti təkrarıdır ki, bu şəxs oktyabr ayından müalicəyə tabe olmur və yalnız simptomatik müalicə olunur, bu müalicə istənilən digər müəssisələrdə aparıla bilər. Bizə təklif olunub ki, bu məsələni müzakirə edək. Təbii ki, bu məsələni bir əllə həll etmək olmaz, biz məsləhətlərdən, o cümlədən ekspertizadan istifadə edəcəyik və bu məsələyə kompleks şəkildə baxacağıq. Aydın məsələdir ki, bu, insan səhhəti ilə bağlı məsələdir və onun cəzaçəkmə müəssisəsinə qaytarılması və ya başqa müalicə müəssisəsinə köçürülməsi qərarını bir əllə vermək olmaz.

Bu şəxsin və onun ətrafının göstərdiyi bütün bu səylər, əminliklə demək olar ki, onun sağlamlıq vəziyyətini süni şəkildə pisləşdirmək, lakin eyni zamanda əsas həyati parametrlərini qorumaq planıdır. Bu, təbii ki, onun sərhədi keçməsindən tutmuş bu günə kimi dövləti gözdən salmaq, kiminsə ona işgəncə verdiyini göstərmək məqsədi daşıyan “yaxşı planlaşdırılmış” və düşünülmüş təxribatdır. Lakin indiyədək bununla bağlı heç bir sübut təqdim edə bilməyiblər".
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →