—

Rusiya Dumasının deputatı: "Rusiya və Gürcüstan vizaları ləğv etmək ərəfəsindədirlər"

477
Rusiya Dumasının deputatı: "Rusiya və Gürcüstan vizaları ləğv etmək ərəfəsindədirlər"
Dinləmək üçün basın

Rusiya Dumasının deputatı, MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun qeyd etdiyinə görə, bu gün Rusiya və Gürcüstan birbaşa hava əlaqəsini bərpa etmək, həmçinin vizaları…

Rusiya Dumasının deputatı, MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun qeyd etdiyinə görə, bu gün Rusiya və Gürcüstan birbaşa hava əlaqəsini bərpa etmək, həmçinin vizaları ləğv etmək ərəfəsindədirlər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Tas” Dövlət İnformasiya Agentliyi yayıb.

“Mən bir çox yüksək vəzifəli şəxslərlə, o cümlədən toxunduğumuz məsələ ilə bağlı danışmışam. Rusiya və Gürcüstan birbaşa hava əlaqəsini bərpa etmək, həmçinin vizaları ləğv etmək ərəfəsindədirlər”, - Kalaşnikov “Rusiya və Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri” adlı iqtisadi forumda deyib.

Kalaşnikovun sözlərinə görə, bu qərarların nə vaxt və hansı ardıcıllıqla veriləcəyini söyləmək onun üçün çətindir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →