—

Rustavidə Metallurgiya zavodunun işçiləri aksiya keçirir

291
Rustavidə Metallurgiya zavodunun işçiləri aksiya keçirir
Dinləmək üçün basın

Rustavidə “Geosteel” metallurgiya müəssisəsinin 400-ə yaxın işçisi fəaliyyətlərini dayandırıb. Müəssisənin işçiləri azaldılmış əmək haqqının artırılmasını, iş vaxtından artıq iş saatlarının ödənilməsini və əmək…

Rustavidə “Geosteel” metallurgiya müəssisəsinin 400-ə yaxın işçisi fəaliyyətlərini dayandırıb. Müəssisənin işçiləri azaldılmış əmək haqqının artırılmasını, iş vaxtından artıq iş saatlarının ödənilməsini və əmək hüquqlarının müdafiəsini tələb edirlər.

İnterPress.ge xəbər verir ki, işlərini dayandıran işçilər hüquq müdafiəçisi ilə birlikdə müəssisənin inzibati binasına toplaşaraq rəhbərliklə görüş tələb ediblər.

Onların sözlərinə görə, rəhbərlik tərəfindən onların əmək hüquqları kobud şəkildə pozulduğundan və heç bir səbəb göstərilmədən maaşları azaldıldığı üçün fabrikdə istehsal prosesi hazırda dayandırılıb.

Aksiya iştirakçılarının sözlərinə görə, müəssisə rəhbərliyindən onlarla ünsiyyətə çıxan yoxdur. Müəssisənin mühafizəçiləri iddia edirlər ki, inzibati binada rəhbərlikdən heç kim yoxdur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →