—

DİN Aİ bayrağının yandırılmasına görə bir neçə şəxsi cərimələdi

340
DİN Aİ bayrağının yandırılmasına görə bir neçə şəxsi cərimələdi
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyi parlamentin qarşısında Aİ bayrağını yandırdıqlarına görə bir neçə nəfəri cərimələyib.

Daxili İşlər Nazirliyi parlamentin qarşısında Aİ bayrağını yandırdıqlarına görə bir neçə nəfəri cərimələyib.

InterPress.ge xəbər verir ki, indiki mərhələdə 5 nəfər barəsində cərimə tətbiq edilib.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi martın 14-də Rustaveli prospektində keçirilən mitinqdə Avropa İttifaqının bayrağının endirilməsi və yandırılması aktı ilə bağlı istintaqa başlayıb.

Qeyd olunan faktla fiziki şəxs üçün 1000 lari məbləğində cərimə nəzərdə tutulur.

Xatırladırıq ki, martın 14-də “Alt-İnfo”nun nümayəndələri parlamentin yaxınlığında aksiya keçirərək Avropa İttifaqının bayrağını endirərək yandırıblar. Daha sonra Gürcüstanın qanunverici orqanında yenidən Avropa İttifaqının bayrağı ucaldılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →