—

Aegean Airlines Gürcüstana yeni müntəzəm marşrut əlavə edir

569
Aegean Airlines Gürcüstana yeni müntəzəm marşrut əlavə edir
Dinləmək üçün basın

Cari ilin yay naviqasiya mövsümündən Yunanıstan aviaşirkəti Aegean Airlines Salonik-Tbilisi-Salonik hava marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Cari ilin yay naviqasiya mövsümündən Yunanıstan aviaşirkəti Aegean Airlines Salonik-Tbilisi-Salonik hava marşrutu üzrə müntəzəm uçuşlara başlayır. 

InterPress.ge xəbər verir ki, uçuşlar 2023-cü il mayın 22-dən oktyabrın 5-dək hər çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi bu il martın 15-də aviaşirkətə müntəzəm hava hərəkəti üçün lazımi icazə verib.

Aegean Airlines 2012-ci ildən Gürcüstanın aviasiya bazarında fəaliyyət göstərir. COVID-19 ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərdən sonra aviaşirkət 2021-ci ilin iyun ayından Afina-Tbilisi-Afina hava marşrutu üzrə müntəzəm hava hərəkətini bərpa edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →