—

Bu gün çərşənbələrin sonuncusu - İlaxır çərşənbədir

341
Bu gün çərşənbələrin sonuncusu - İlaxır çərşənbədir
Dinləmək üçün basın

Bu gün Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

Bu gün Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

InterPress.ge xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Gürcüstana gəlişi martın 21-i Tbilisi vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →