—

Şimali Koreya şərq sahilində raket sınağı keçirib

236
Şimali Koreya şərq sahilində raket sınağı keçirib
Dinləmək üçün basın

Şimali Koreya növbəti raket buraxılışını həyata keçirib.

Şimali Koreya növbəti raket buraxılışını həyata keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib.

Məlumata görə, raket Şimali Koreyanın şərq sahilində yerləşən Sinpo şəhəri yaxınlığında buraxılıb. Onun növü hələ müəyyən edilməyib.

"Yonhap" xatırladıb ki, sınaq ABŞ və Cənubi Koreyanın bazar ertəsi başlayacaq birgə hərbi təlimləri ərəfəsində baş tutub.

Bundan əvvəl Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib ki, KXDR hakimiyyəti ABŞ və Cənubi Koreyanın “Azadlıq qalxanı” təlimlərinə cavab olaraq praktiki hərbi çəkindirmə tədbirləri həyata keçirməyə söz verib.

Müvafiq qərar Şimali Koreya lideri Kim Çen Inın sədrliyi ilə Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komissiyasının genişləndirilmiş iclasında qəbul edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →