—

İclas zamanı fiziki qarşıdurma yaşanıb -parlamentin təhlükəsizlik xidməti müxalifətçi deputatları zorla zaldan çıxarıblar

412
İclas zamanı fiziki qarşıdurma yaşanıb -parlamentin təhlükəsizlik xidməti müxalifətçi deputatları zorla zaldan çıxarıblar
Dinləmək üçün basın

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmalı olduğu Gürcüstan parlamentində səs-küy və mübahisələr baş verib.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmalı olduğu Gürcüstan parlamentində səs-küy və mübahisələr baş verib.

InterPress.ge xəbər verir ki, Parlamentin təhlükəsizlik xidməti müxalifətdən olan deputatlar: Davit Kirkitadze, Davit Xacişvili, Nikoloz Maçutadze, Levan Xabeişvili, Giorgi Botkoveli, Giorgi Vaşadze və Paata Mancqaladzeni zorla iclas zalından çıxarıb.

Sözügedən qanun layihəsi birgə komitələrin Guli Şartava adına konfrans zalında keçiriləcək iclasında müzakirəyə çıxarılmalı idi. Müxalifət nümayəndələri isə qanun layihəsinə baxılmasının və ümumiyyətlə, iclasın keçirilməsinin əleyhinədirlər. İclas əsnasında şifahi və fiziki qarşıdurma olub, parlamentin təhlükəsizlik xidməti müxalifətçi deputatları zorla zaldan çıxarıblar.

Eyni zamanda qeyri-hökumət təşkilatları da parlamentin foyesində etiraz aksiyası keçirirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →