—

“Sarp” gömrük-keçid məntəqəsində külli miqdarda narkotik vasitə aşkar edilib

235
“Sarp” gömrük-keçid məntəqəsində külli miqdarda narkotik vasitə aşkar edilib
Dinləmək üçün basın

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları “Sarp” gömrük-keçid məntəqəsində tərkibində narkotik və psixotrop maddələr olan narkotik vasitələrin Gürcüstan ərazisinə qanunsuz gətirilməsi faktlarının qarşısını…

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları “Sarp” gömrük-keçid məntəqəsində tərkibində narkotik və psixotrop maddələr olan narkotik vasitələrin Gürcüstan ərazisinə qanunsuz gətirilməsi faktlarının qarşısını alıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata görə, Sarp gömrük-keçid məntəqəsinin nəzarət zonasına 2 Gürcüstan vətəndaşı - N.V. və X.Q. daxil olub. Adıçəkilən vətəndaşların fiziki yoxlanılması və çantalarına baxış zamanı şübhə əsasında 608 ədəd narkotik vasitə metadon və 112 ədəd preqabalin olan psixotrop preparat aşkar edilib.

İş materialları əlavə cavab verilməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölməsinə təhvil verilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →