—

Qarşıdurma zamanı iki nəfəri güllələyən şəxs saxlanıldı

894
Qarşıdurma zamanı iki nəfəri güllələyən şəxs saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü N.S.-ni qəsdən adam öldürmə və qəsdən adam öldürməyə…

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü N.S.-ni qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

İstintaq müəyyən edib ki, Qoridə təqsirləndirilən şəxs qarşıdurma zamanı 1990-cı il təvəllüdlü İ.K. və 1996-cı il təvəllüdlü V.Ğ.-ni odlu silahdan atəş açaraq yaralayıb. Aldığı yaralar nəticəsində İ.K. ölüb, V.Ğ. isə xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını sübut kimi götürüblər.

Qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108 və 19-109-cu maddələri ilə aparılır. Cinayətlər 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →