—

Martın 6-dək Gürcüstanda gözlənilən hava şəraiti açıqlandı - Temperatur enəcək

505
Martın 6-dək Gürcüstanda gözlənilən hava şəraiti açıqlandı -  Temperatur enəcək
Dinləmək üçün basın

Fevralın 27-28-də Gürcüstanda hava isti və yağmursuz keçəcək. Gün ərzində havanın temperaturu düzənliklərdə və aran bölgələrində +17, +22 dərəcəyədək yüksələcək.

Fevralın 27-28-də Gürcüstanda hava isti və yağmursuz keçəcək. Gün ərzində havanın temperaturu düzənliklərdə və aran bölgələrində +17, +22 dərəcəyədək yüksələcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Martın 1-də günün ikinci yarısından başlayaraq martın 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə qərb küləyi əsəcək. Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək.

Paytaxta gəlincə, Tbilisidə fevralın 27-28-də və martın 1-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 2-də isə qısamüddətli yağış yağacağı və külək əsəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində 18, 20 dərəcə isti təşkil edəcək, martın 2-dən 4-6 dərəcə aşağı enəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →