—

Ukraynanın işğal altında olan şəhər və kəndlərinin sayı açıqlanıb

457
Ukraynanın işğal altında olan şəhər və kəndlərinin sayı açıqlanıb
Dinləmək üçün basın

Bu gün Ukraynanın 1 877 şəhər və kəndi işğal altındadır, burada insanlar adi şeylərdən məhrumdur.

Bu gün Ukraynanın 1 877 şəhər və kəndi işğal altındadır, burada insanlar adi şeylərdən məhrumdur.

InterPress.ge xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ölkəsi ilə həmrəyliyinə həsr olunmuş tədbir iştirakçılarına müraciəti zamanı deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri işğal altında olan şəhər və kəndlərin sayını artırmağa, daha milyonlarla parçalanmış talelər əlavə etməyə çalışırlar.

“Biz Ukrayna torpağında elə bir şey uğrunda vuruşuruq ki, dostlar, sizin hamınız həyatınızı onsuz təsəvvür edə bilməzsiniz. Bu adi təhlükəsizlikdir. Bu, azadlıq və qanun altında yaşamaqdır. Bu, insan ləyaqəti və hər bir fərdin və hər bir cəmiyyətin özünə hörmət hüququdur. Ailədə yaşamaq xoşbəxtliyi, və övladlarınız üçün təhlükəsiz və azad gələcək arzulamaq imkanıdır”, - Zelenski deyib.

O bildirib ki, yarım milyona yaxın insanın yaşadığı, işğal olunmuş Mariupol şəhərinin 90%-i dağıdılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →