—

Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul edib

344
Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul edib
Dinləmək üçün basın

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel tviterdə yazıb.

Onun sözlərinə görə, yeni paketdə Rusiyanın 121 fiziki və hüquqi şəxsinə sanskiya tətbiq edilib.

“Biz Rusiyanın döyüş maşınını darmadağın etmək üçün birləşmişik”, - deyə Aİ-nin ali nümayəndəsi yazıb.

J.Borel həmçinin bildirib ki, yeni sanksiyada xüsusilə ukraynalı uşaqların deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlar hədəf seçilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →