Türkiyədə daha bir güclü zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, yerli mətbuatın məlumatına görə, ölkənin mərkəzi hissəsində, Niğde vilayətində 5,3 bal gücündə zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.
Son məlumatlara görə, təbii fəlakət dağıntı və insan tələfatına səbəb olmayıb.
Xatırladaq ki, Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçib. Son məlumatlara görə, Türkiyədə 44 218, Suriyada 5 914 nəfər ölüb.
