—

İrakli Beraya NATO Hərbi Komitəsinin sədri ilə görüşüb

397
İrakli Beraya NATO Hərbi Komitəsinin sədri ilə görüşüb
Dinləmək üçün basın

Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Beraya Brüsselə səfəri çərçivəsində Şimali Atlantika Alyansının Hərbi Komitəsinin sədri admiral Rob Bauer ilə görüş keçirib.

Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Beraya Brüsselə səfəri çərçivəsində Şimali Atlantika Alyansının Hərbi Komitəsinin sədri admiral Rob Bauer ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilən məlumata görə, görüşdə Gürcüstanın təhlükəsizlik mühiti, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü və bunun regionun təhlükəsizliyinə təsirindən danışılıb.

“Görüşdə Gürcüstanın Avro-Atlantik inteqrasiya prosesində əldə etdiyi irəliləyiş, müdafiə qabiliyyətinin və dayanıqlığının gücləndirilməsində praktiki dəstəyin artırılması, Gürcüstanın alyansa qoşulmasının vacibliyi və NATO-nun regionda iştirakı müzakirə edilib.İclasda parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Vladimir Çaçibaya, Gürcüstanın NATO-dakı səfiri Viktor Dolidze və hərbi nümayəndə briqada generalı İrakli Dzneladze iştirak ediblər”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →