—

Əcnəbi vətəndaşdan zorla pul tələb edən 4 nəfər saxlanıldı

761
Əcnəbi vətəndaşdan zorla pul tələb edən 4 nəfər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisidə 4 nəfəri saxlayıblar: 1994-cü il təvəllüdlü B.K…

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisidə 4 nəfəri saxlayıblar: 1994-cü il təvəllüdlü B.K., 1985-ci il təvəllüdlü M.Ğ., 1986-cı il təvəllüdlü M.M. və əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Q.A.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

İstintaq müəyyən edib ki, Tbilisidəki barlardan birinin işçiləri əcnəbi vətəndaş - 1982-ci il təvəllüdlü D.K.-dan zorla pul tələb ediblər və D.K. bundan imtina edib. Bu səbəbdən barın 4 nümayəndəsi zorla zərərçəkmişin pul və şəxsi əşyalarını alıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dörd nəfərin hamısını təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi və 3-cü hissəsinin “d” yarımbəndi ilə aparılır, burada zorakılıqla törədilən soyğunçuluq nəzərdə tutulur.

Cinayət 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →