—

BMT: "Ukraynada müharibə başlayandan bəri 19 min dinc sakin ölüb və ya yaralanıb"

226
BMT: "Ukraynada müharibə başlayandan bəri 19 min dinc sakin ölüb və ya yaralanıb"
Dinləmək üçün basın

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ən azı 19 min dinc sakin ölüb və ya yaralanıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ən azı 19 min dinc sakin ölüb və ya yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının bəyanatında bildirilib.


Təşkilatın hesablamalarına görə, ölənlərin sayı 7199, yaralıların sayı isə 11756 nəfərdir.Lakin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisi real rəqəmlərin daha çox olduğunu hesab edir.

Bundan əlavə, sənəddə 2023-cü ilin yanvarında 697 mülki şəxsin həlak olduğu və ya yaralandığı qeyd edilir. Zorakılıq hadisələri əsasən Donetsk, Luqansk və Zaporojya rayonlarında baş verib.

Bildirilir ki, itkilərin çoxu geniş ərazini əhatə edən partlayıcı silahlardan, o cümlədən ağır artilleriya və çoxsaylı raket sistemlərindən, həmçinin raket və hava zərbələri nəticəsində baş verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →