—

Türkiyədə yenidən zəlzələ baş verdi

885
Türkiyədə yenidən zəlzələ baş verdi
Dinləmək üçün basın

Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ baş verib. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat Türkiyənin Qəza və Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən yayıb.

KİV-in məlumatına görə, zəlzələnin episentri Hatay vilayətinin Defne şəhəri olub.

KİV-in açıqlamasına görə, zəlzələ bir neçə qəzalı binanın dağılmasına səbəb olub, lakin hələ ki, tələfat barədə məlumat yoxdur.

Türkiyənin “Anadolu” dövlət xəbər agentliyinin məlumatına görə, zəlzələ Suriya, İordaniya, İsrail və Misirdə də hiss olunub.

Xatırladırıq ki, təxminən 2 həftə əvvəl Türkiyə və Suriyada dağıdıcı zəlzələlər baş vermiş, təkcə Türkiyədə 41 100 nəfər həlak olmuşdu.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →