—

Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bəraət aldı

2,931
Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bəraət aldı
Dinləmək üçün basın

Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bəraət alıb.

Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bəraət alıb.

InterPress.ge xəbər verir ki, bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib.

T.Abazovun vəkili Qaqi Mosiaşvili bildirib ki, müdafiə etdiyi şəxslə yanaşı, iş üzrə ittiham olunan digər üç nəfərə də bəraət verilib.

O qeyd edib ki, bəraət hökmündən sonra girov müttəhimlərə qaytarılacaq.

Xatırladaq ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. 2018-ci il dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Ötən ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib. O, ötən ilin noyabrından Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →