—

Zaza Vaşağmadze Azərbaycanın səfiri ilə görüşüb

280
Zaza Vaşağmadze Azərbaycanın səfiri ilə görüşüb
Dinləmək üçün basın

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşağmadze Gürcüstan hökumətinin administrasiyasında Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşağmadze Gürcüstan hökumətinin administrasiyasında Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib. 

InterPress.ge xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi məlumat yayıb.

Onların məlumatlarına görə, görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasında din sahəsində münasibətlərə dair məsələlər müzakirə olunub. Azərbaycan səfirinin sözlərinə görə, Azərbaycan tərəfi Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə qurulan dostluq münasibətlərini yüksək qiymətləndirir.

Görüşdə keşiş Petre Xumaraşvili, Kaxi Müqəddəs Qiorqi kilsəsinin baş keşişi, Azərbaycan səfirliyinin birinci katibi Anar Rəsulov, Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşı Oqtay İsayev, Strateji Araşdırmalar, Təhlillər və Regionlar Xidmətinin analitiki Zviad Dğabladze , protokol meneceri Qvança Livanadze və agentliyin əməkdaşı Natia Qudadze iştirak edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →