—

Saxta sənədlərin hazırlanması və verilməsi faktı üzrə bir nəfər saxlanılıb

907
Saxta sənədlərin hazırlanması və verilməsi faktı üzrə bir nəfər saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Maliyyə Nazirliyinin tədqiqat xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və imzalanması faktına görə bir…

Gürcüstan Maliyyə Nazirliyinin tədqiqat xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və imzalanması faktına görə bir nəfəri saxlayıb.
 

InterPress.ge xəbər verir ki,  bu barədə Maliyyə Nazirliyinin İstintaq xidməti məlumat verib.
 

Maliyyə Nazirliyinin İstintaq xidmətindən verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə çap və reklam xidməti ofisi olan şəxslərdən pul köçürmələri müqabilində maraqlı şəxslərdən saxta sənəd hazırlayıb, saxta sənədlər alırmış. 

“Təqsirləndirilən şəxs vətəndaşlardan birinə saxta bank sənədi satma faktı ilə saxlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif təşkilatların adına hazırlanmış saxta sənədlər, o cümlədən saxta diplomlar, sertifikatlar, saxta xarici sürücülük vəsiqələri və parkinq icazələri aşkar edilib.

Həmçinin, saxta sənədlərin hazırlanmasında istifadə olunan kompüter avadanlığı və dövlət qurumlarının, özəl təşkilatların və bank müəssisələrinin saxta möhürləri götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 362-ci maddəsinin 2-ci hissəsi ilə aparılır", -nazirlik bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →