—

Aİ səfiri: "Rusiya ilə uçuşlarla bağlı Gürcüstan bizim mövqeyimizlə mümkün qədər razılaşmalıdır"

374
Aİ səfiri: "Rusiya ilə uçuşlarla bağlı Gürcüstan bizim mövqeyimizlə mümkün qədər razılaşmalıdır"
Dinləmək üçün basın

"Gürcüstan bizim mövqeyimizlə mümkün qədər razılaşmalıdır".

"Gürcüstan bizim mövqeyimizlə mümkün qədər razılaşmalıdır".

InterPress.ge xəbər verir ki, Aİ-nin səfiri Pavel Herçinski “İnterpressnews”a Rusiya ilə Gürcüstan arasında uçuşların bərpası barədə danışıb.

"Rusiyanın Ukraynaya əsassız və son dərəcə qəddarcasına təcavüzündən sonra Aİ-yə üzv olan 27 ölkə yekdilliklə Rusiyaya və Rusiyadan birbaşa uçuşların qadağan edilməsi barədə qərar qəbul edib. Bu qərarı təkcə Aİ-yə üzv dövlətlər deyil, həm də bir çox digər həmfikir ölkələr qəbul edib. Bu, Gürcüstandan və Gürcüstan hakimiyyətindən asılıdır, lakin bizim nöqteyi-nəzərimizdən Gürcüstan mümkün qədər bizim mövqeyimizlə razılaşmalıdır. Mən vəziyyətin həssaslığını başa düşürəm, lakin biz Gürcüstanın mümkün qədər bizim mövqeyimizə əməl etməsini gözləyirik”, - deyə səfir qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →