—

Qaraçöp sakinləri Türkiyəyə yardım məqsədi ilə 80 min lari, geyim və yataq dəstləri göndərir

2,508
Qaraçöp sakinləri Türkiyəyə yardım məqsədi ilə 80 min lari, geyim və yataq dəstləri göndərir
Dinləmək üçün basın

Saqareco bələdiyyəsinin Qaraçöp kəndində xeyirxah insanlar tərəfindən başladılan genişmiqyaslı yardım kampaniyası çərçivəsində Türkiyədə zəlzələdən zərərçəkmiş əhali üçün lazım olan əşyalar toplanıb.

Saqareco bələdiyyəsinin Qaraçöp kəndində xeyirxah insanlar tərəfindən başladılan genişmiqyaslı yardım kampaniyası çərçivəsində Türkiyədə zəlzələdən zərərçəkmiş əhali üçün lazım olan əşyalar toplanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Qaraçöp İcma Mərkəzi məlumat yayıb.

Həyata keçirilən yardım kampaniyası çərçivəsində indiyə qədər 2 TIR-dan çox geyim və yataq dəstləri (yastıq, yorğan-döşək, ədyal və.s.) və həmçinin 80 000 Lari məbləğində pul toplanılmışdır.

Qaraçöpdə hazırda yığılan yardım sabah (11 Fevral) Türkiyəyə yola düşəcək.

Qeyd edək ki, İcma Mərkəzindən verilən məlumata görə, sözügedən yardım kampaniyasının davam etdirilməsi planlaşdırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →