—

Azərbaycan Gürcüstana şüşə butulka ixracına başlayıb

795
Azərbaycan Gürcüstana şüşə butulka ixracına başlayıb
Dinləmək üçün basın

Qapalı səhmdar cəmiyyəti olan Azərbaycanın şüşə istehsalı şirkəti Glassica Gürcüstana şüşə butulka ixracına başlayıb.

Qapalı səhmdar cəmiyyəti olan Azərbaycanın şüşə istehsalı şirkəti Glassica Gürcüstana şüşə butulka ixracına başlayıb. 

InterPress.ge xəbər verir ki, məlumatı “Report” agentliyi yayıb.

Glassica Sumqayıt Kimya Sənaye Parkının rezidentidir və sənaye parkının özü Azərbaycan İqtisadi Zonaların İnkişafı Agentliyinin yurisdiksiyasındadır.

İlkin mərhələdə Gürcüstana 3,5 mindən çox şüşə butulka göndərilib.

Glassica 2020-ci ilin iyul ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Qeyd edək ki, şirkət şüşə əridilməsi üçün 125 illik tarixə malik HORN Glass Industries AG şirkətinin alman texnologiyalarından istifadə edir.

Sənaye parkının ərazisində Glassica müxtəlif növ rəngli qablar (şüşə) istehsal edir.

Şirkətin məhsulları daxili satışlarla yanaşı, Made In Azerbaijan brendi ilə Rumıniya, Moldovaya və hazırda Gürcüstana ixrac edilir. Bu ölkələrdə ümumilikdə 250 mindən çox butulka satılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →