—

Gürcüstan yardım üçün Türkiyəyə xilasedicilər və texnika göndərəcək

394
Gürcüstan yardım üçün Türkiyəyə xilasedicilər və texnika göndərəcək
Dinləmək üçün basın

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin qərarına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Gürcüstan hökuməti yaxın bir neçə saat ərzində xilasetmə tədbirlərində iştirak etmək üçün müvafiq texnika və…

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin qərarına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Gürcüstan hökuməti yaxın bir neçə saat ərzində xilasetmə tədbirlərində iştirak etmək üçün müvafiq texnika və xilasedicilər göndərəcək. 

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyədə baş vermiş zəlzələnin nəticələri ilə mübarizəyə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları cəlb olunacaq.

Bu gün səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib. Son məlumatlara görə, ölkənin 10 əyalətində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ 7,8 bal gücündə olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →