—

Rustavidə mikroavtobus yoldan çıxaraq divara çırpılıb

296
Rustavidə mikroavtobus yoldan çıxaraq divara çırpılıb
Dinləmək üçün basın

Rustavidə, Qaqarin küçəsində yol qəzası baş verib.

Rustavidə, Qaqarin küçəsində yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, “Ford” markalı mikroavtobusun sürücüsü sükanı idarə edə bilməyib, yolun hərəkət hissəsindən çıxıb və beton divara çırpılıb.

Qəza zamanı orta yaşlı kişi xəsarət alıb, o, təcili tibbi yardım briqadası tərəfindən şəhərin mərkəzi xəstəxanasına çatdırılıb.

Məlumata görə, kişi səthi xəsarətlər alıb və ona müvafiq tibbi yardım göstərilib.

Qeyd edək ki, yerli sakinlər uzun müddətdir ki, süni sürət məhdudlaşdırıcısının quraşdırılmasını, yol cizgisinin çəkilməsini və müvafiq yol nişanlarının qoyulmasını tələb edirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →