—

Gürcüstanın 28 sülhməramlısı koronavirusa yoluxdu

1,596
Gürcüstanın 28 sülhməramlısı koronavirusa yoluxdu
Dinləmək üçün basın

NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Əfqanıstanda hərbi xidmətdə olan 28 Gürcüstan sülhməramlısı koronavirusa yoluxub.

NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Əfqanıstanda hərbi xidmətdə olan 28 Gürcüstan sülhməramlısı koronavirusa yoluxub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, test zamanı hərbi qulluqçuların COVİD-19 virusuna yoluxması müəyyən edilib və onlar Almaniyaya məxsus xüsusi təyyarə ilə həkimlərin müşayiəti altında Gürcüstana gətiriliblər.

Məlumatda qeyd olunub ki, hərbi qulluqçuların vəziyyəti qənaətbəxşdir və onlarda xəstəliyin sipmtomları müşahidə edilmir. Virusun mənbəyinin yerli əfqan şəxsi heyəti olduğu bildirilir.

Hərbi qulluqçuların müalicəsinin Gürcüstanda Qori hərbi xəstəxanasında davam etdiriləcəyi bildirilib. Qeyd olunub ki, Əfqanıstanda olan digər gürcü hərbçilər də geri qayıtdıqları zaman iki həftə karantində saxlanılacaqlar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →