—

54 918 qutu rüsumsuz siqaret müsadirə edilib

418
54 918 qutu rüsumsuz siqaret müsadirə edilib
Dinləmək üçün basın

Külli miqdarda aksiz markası olmayan malların saxlanması və daşınması faktına görə 1 nəfər saxlanılıb.

Külli miqdarda aksiz markası olmayan malların saxlanması və daşınması faktına görə 1 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin istintaq xidmətindən məlumat verilib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək və sonrakı satış məqsədi ilə Tbilisidə yük avtomobilində külli miqdarda rüsumsuz siqaret saxlayıblar.

“Aparılmış istintaq tədbirləri nəticəsində ümumi dəyəri 241 639 lari olan 54 918 qutu müxtəlif nominallı rüsumsuz siqaretlər götürülüb”, - deyə agentliyin məlumatında bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsinin 3-cü hissəsi ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →