—

WSJ - İrandakı hərbi obyektə İsrail hücum edib

409
WSJ - İrandakı hərbi obyektə  İsrail hücum edib
Dinləmək üçün basın

“The Wall Street Journal”ın məlumatına görə, İsrail İranın İsfahan şəhərində yerləşən hərbi obyektə hücum edib.

“The Wall Street Journal”ın məlumatına görə, İsrail İranın İsfahan şəhərində yerləşən hərbi obyektə hücum edib. 

InterPress.ge xəbər verir ki, media bu barədə ABŞ-dakı mənbəyə əsaslanaraq məlumat yayıb.

KİV yazır ki, ABŞ və İsrail İranın nüvə və hərbi ambisiyalarını cilovlamaq üçün yeni yollar axtarır.

Reuters-ə danışan Pentaqonun sözçüsü ABŞ-ın hücumda heç bir əli olmadığını bildirib.

İsrail hələ ki, hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

İran Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 28-də İsfahan şəhərindəki hərbi obyektə pilotsuz uçuş aparatları ilə hücum olub. İranın dövlət mediası hücumun heç bir itkiyə səbəb olmadığını və yalnız binanın damının zədələndiyini bildirir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →