—

Ceyhun Bayramov: "Terror hücumunu törədənlər ən sərt şəkildə cəzalandırılmalıdır"

744
Ceyhun Bayramov: "Terror hücumunu törədənlər ən sərt şəkildə cəzalandırılmalıdır"
Dinləmək üçün basın

InterPress.ge xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.

"Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik".

InterPress.ge xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.

"Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır", - deyə o, bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →