—

Zelenski yeni kadr islahatları aparacaq

278
Zelenski yeni kadr islahatları aparacaq
Dinləmək üçün basın

Ukrayna Prezidenti Volodimir Zelenski gələcəkdə də kadr islahatları ilə bağlı qərarların veriləcəyini deyib.

InterPress.ge xəbər verir ki, dövlət başçısı bu barədə axşam çıxışında qeyd edib.

Prezident vurğulayıb ki, ictimaiyyətin də onlara dəstək olacağına əmindir.

Dövlət başçısı qeyd edib ki, dünən ictimaiyyət qəbul edilmiş növbəti kadr qərarlarını görüb.

“Bu sözü vurğulayacam – “növbəti” (islahatlar davam edəcək-red). Gələcəkdə də müvafiq addımlar atılacaq – onların hər birini ictimaiyyət görəcək və əminəm ki, dəstəkləyəcək”, - o əlavə edib.

Prezidentin sözlərinə görə, dövlətin işinə mane olan istənilən daxili problem aradan qaldırılır və aradan qaldırılacaq.

"Bu, ədalətlidir, bizim müdafiəmiz üçün lazımdır və bu, bizə Avropa institutlarına yaxınlaşmağa kömək edir", - Zelenski vurğulayıb.

O bildirib ki, fərmanı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti qərarını qüvvəyə mindirib. Eyni zamanda Zelenski əlavə edib ki, təfərrüatlar daha sonra gələcək.

Ukrayna Prezidenti dünən beş regional dövlət administrasiyasının rəhbərini işdən çıxarıb. Bunlar Dnepropetrovsk, Zaporojye, Sumı, Xerson və Kiyev vilayət hərbi administrasiyalarının rəhbərləridir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →