—

Kreml sözçüsü: "Ukrayna xalqı Ukraynanı silahla təmin etməyin əvəzini ödəməli olacaq"

2,411
Kreml sözçüsü: "Ukrayna xalqı Ukraynanı silahla təmin etməyin əvəzini ödəməli olacaq"
Dinləmək üçün basın

Kremlin sözçüsü Dmitri Peskov Ukraynaya Avropa və ABŞ-dan silah tədarükünə münasibət bildirib və qeyd edib ki, Ukrayna xalqı Ukraynanı silahla təmin etməyin əvəzini ödəməli olacaq.

Kremlin sözçüsü Dmitri Peskov Ukraynaya Avropa və ABŞ-dan silah tədarükünə münasibət bildirib və qeyd edib ki, Ukrayna xalqı Ukraynanı silahla təmin etməyin əvəzini ödəməli olacaq. 

InterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Ukraynanın silahla təmin edilməsində və Ukraynanın texnoloji səviyyəsinin yüksəldilməsində bu və ya digər şəkildə birbaşa və ya dolayısı ilə iştirak edən bütün ölkələr məsuliyyət daşıyır. Əsas odur ki, Ukrayna xalqı bu hərəkətlərin, bütün bu psevdo dəstəyin bədəlini ödəməli olacaq”, - deyə Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya alman tanklarının - "Leopard 2"-nin tədarükü ilə bağlı vəziyyətin inkişafını diqqətlə izləyir.

Medianın yazdığına görə, Peskov əvvəllər bu tankların Ukrayna Silahlı Qüvvələrində görünməsinin cəbhədəki qüvvələr balansına təsir etməyəcəyini bildirsə də, ekspertlər onları güclü hücum silahları adlandırırlar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →