—

Ukraynanın daxili işlər naziri, nazir müavini və DİN-in dövlət katibi helikopter qəzasında həlak olub

386
Ukraynanın daxili işlər naziri, nazir müavini və DİN-in dövlət katibi helikopter qəzasında həlak olub
Dinləmək üçün basın

Ukraynanın daxili işlər naziri Denis Monastırski Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında həlak olub.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.

Helikopter qəzasında ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb. 

Yaralılardan 15-i uşaqdır.

Hadisə şahidlərinin sözlərinə görə, helikopter bağça üzərində üç dəfə dövrə vurub, ardınca yüksək sürətlə yerə enib. Partlayışdan dərhal sonra yanğın baş verib.

DİN-dən bildirilib ki, hadisənin səbəbi araşdırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →